Ümumdünya Turizm Təşkilatının məqsədi
Təşkilatın
quruluş məqsədi,iqtisadi inkişafa,beynəlxalq anlayışa,sülh,rifah,insanın təməl
haqq və azadlıqlarına irq,cinsiyyət,dil və din ayrıseçkiliyi edilmədən ümumbəşəri
hörmət edilməsinə və qorunmasına kömək etmək,turizmin təşviq və inkişaf etməsini
təmin etməkdir( Ümumdünya Turizm Təşkilatı (UNWTO) Nizamnamsi Maddə 3).
Təşkilat
turizm sahəsində məqsədlərini yerinə yetirmək səbəbilə, Birləşmiş Millətlər Təşkilatının
səlahiyyətli orqanları və ixtisaslaşmış quruluşlarıyla təsirli bir şəkildə əməkdaşlıq
qurmaqda və davam etdirməkdədir.Təşkilat eyni zamanda Birləşmiş Millətlər Təşkilatı
İnkişaf Proqramı (UNDP) - nın əməkdaşdır,proqramın icra etdirilməsiylə səlahiyyətli
quruluşlardan biridir.Bu səbəblə UNDP ilə sıx əməkdaşlıq əlaqələri qurmağa və həyata
keçirilən proqram fəaliyyətlərinə kömək etməyə səy göstərməktədir.
Ümumdünya Turizm
Təşkilatının qurulması və inkişafı
Ümumdünya Turizm
Təşkilatı (UNWTO),1925-ci ildə Millətlər Cəmiyyəti tərkibində ilk beynəlxalq
turizm təşkilatı olaraq Laheydə(Hollandiya) Rəsmi
Turizm Reklam Quruluşları Beynəlxalq Birliyi adı altında qurulmuşdur.İkinci
Dünya Müharibəsindən sonra Rəsmi Turizm
Quruluşları Beynəlxalq Birliyi adı altında yenidən qurulmuş və mərkəzi
Cenevrəyə (İsveçrə) daşınmışdır.
1969-cu ildə
BMT Baş Asambleyasının yığıncağında,BMT-nin mövcud sistemiylə əməkdaşlıq
halında turizm sahəsində “qəraqr verici və mərkəzi” rolu üzərinə götürməsinin
lazım olduğu istiqamətində tövsiyyə qərarı almasının ardından təşkilatın adı Ümumdünya Turizm Təşkilatı (UNWTO)
olaraq dəyişdirilmişdir.Təşkilatın nizamnaməsi 1970-ci il 27 sentyabrda qəbul olunmuşdur .İspaniyanın
dəvətiylə təşilatın mərkəzi(katibliyi) Madridə daşınmışdır.İlk Ümumi Yığıncağı
1975-ci ildə Madriddə keçirilmişdir.1976-cı ildə UNDP-nin icraçı bir agentliyi
formasına gəlmişdir.
23 dekabr
2003-cü il tarixində təşkilatın BMT ilə imzaladığı müqavilə əsasında Ümumdünya Turizm Təşkilatı (UNWTO) BMT-nin
ixtisaslaşmış bir quruluşu halına gəlmişdir.
Ümumdünya Turizm Təşkilatına üzvlərin sayı: BMT üzvü olan 156 ölkə,2
müşahidəçi ölkə,ortaq üzv statusunda 7 bölgə,bağlı üzv statusunda 477 quruluş və
şirkət.
Ümumdünya Turizm
Təşkilatı (UNWTO)-nun hal-hazırda da mərkəzi(katibliyi) Madrid şəhərində yerləşir.Rəsmi
dilləri ingilis,fransız və ispan dilləridir.Təşkilatın baş katibi 2010- 2017-ci illərdə Taleb Rifai olmuşdur.14
sentyabr 2017-ci ildə Ümumdünya Turizm Təşkilatının 22-ci Ümumi Yığıncağında 2018-2021 dönəmi üçün baş katib olaraq
Zurab Polokaşvili təyin edilmişdir.
Hər il 27
sentyabr Dünya Turrizm Günü (World Tourism Day) kimi qeyd olunur.
QAYNAQ:Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi saytı
Hiç yorum yok:
Yorum Gönder