Qonaqlama turizmin ən önəmli parçasıdır.Turizm fəaliyyətləri içində gəlirlərin təxminən 60 % - i qonaqlamanın payına düşür.Qonaqlama müəssisələri tarix boyunca inkişaf edərək günümüzdəki şəkillərini almışlar.İnkişaf günümüzdə də davam etməkdədir. Qonaqlama müəssisələrinin tarixi inkişafına tarixi təkamül,texnoloji yeniliklər,iqtisadi yaşam,insanların tələbləri və s. təsir göstərmişdir.
Qonaqlamanın tarixi keçmişi şüphəsiz insanlıq tarixi qədər qədimdir.Gərək qidalanma ehtiyyacı və köç kimi zərurətlər,gərək də insanların yaradılışında var olan gəzmək,görmək,əylənmək,səyahət etmək,dincəlmək kimi yer dəyişdirməyə səbəb olan faktorlarla olduqları yerdən başqa yerlərə getməkləri nəticəsində qonaqlamaya ehtiyac duymuşdur.
Qədim
dövürlərdəki səyahətlərdən Robert W. Macintosh “Tourism Principles Practices
Philophies” adlı kitabında bəhs etmişdir.Şummerlər səyahəti kəşf edənlər olaraq
götürülür.Çünki onlar yazını və təkəri ilk tapan sivilizasiya olaraq qəbul
edilməktədirlər.Beləcə səyahətlərin tarixinin e.ə 4 min il əvvəl başladığını
söyləmək mümkündür.İnsanlar səyahətlərində nəqliyyat və qonaqlama üçün natural
üsulla (yəni malla ödəmə ) ödəmə edirdilər.
Qədim
Yunanıstanda Olimpiya oyunlarının
keçirilməsi,insanların bu yarışları müxtəlif yerlərdən gəlib izləməsi və
onlara göstərilən xidmətlər,ümumilikdə burda baş verən fəaliyyətlər və proseslər
modern turizmi müəyyən mənada özündə təcəssüm etdirirdi.
Antik
Hind yazılarından rahiplərin və məbədlərdəki müqəddəs insanların yolçuları
qonaq etdikləri başa düşülməkdədir.Edilən uzaq səfərlər maraqdan başqa
siyasi,diplomatik və ya hərbi səbəblərlə reallaşmaqda və insanlar qonaqlama
ehtiyacını xan və karvansaralarda qarşılayırdılar.E.ə VI əsrə kimi qonaqlama və
yemə-içmə ehtiyacı duyan insan sayı məhdud idi(yəni səyahətlərin sayı az
olduğundan).Lakin,Lidiyalıların pulu kəşf etmələri,pulun geniş bir mübadilə
vasitəsi halına gəlməsi və ticarətin
inkişaf etməsiylə insanlar daha çox səyahət etməyə başlamışlar.Bu inkişaf
xanlara olan ehtiyacı artırmış və xanların yeni fəaliyyətlər qazanmasına səbəb
olmuşdur.Roma imperatorluğu dövründə tələbələr,sənətçilər və tacirlər üçün
taverna və xanlar yaradılmışdır.Bu tikililər insanların qonaqlama ehtiyacı ilə
yanaşı,bu insanların heyvanları üçün axırlarla da təmin olunmuşdu.Daha sonraki
dövrlərdə isə səyahət edənlərin qidalanma ehtiyaclarının təmin edildiyi və
Romalı rahiblərin idarə etdiyi “Roma Hospice”lər inkişaf etmişdir.
Orta əsrlərdə qonaqlama qavramı daha da inkişaf edərək
ayrı bir səviyyəyə çatmışdır.Bir çox yerdə monastrlar da yolçulara qonaqlama və
qidalanma təmin etməklə kifayətlənməyib bunun üçün ayrı binalar tikmişlər.Bu
dövürdə Xristiyanların yolçuları qonaq etməklərini düzənləyən bəzi qanunlar qəbul
edilmişdir.Bunlardan ən maraqlısı yolçunun eyni yerdə üç gündən çox qalmamaq şərtiylə
pulsuz olaraq yemək yeyə bilməsi idi.Bu hadisə yalnız 1282-ci ilə kimi davam
etdi.Bu tarixdən sonra İtaliya və Fransada şəhərin ziyalıları toplanaraq bunun
bir ticarət halına gəlməsinə qərar verdilər.Daha sonra xanlara lisenziya verilərək
şərab satılmasına icazə verilmişdir.
XVI və XVII əsrlər arasında qonaqlama qavramında
böyük inkişaf olmuşdur.Özəlliklə İngiltərədə keyfiyyət çox artmışdır.O dövürdə
səyahətlər yaylı atlı arabalarla edilirdi.Londondan Edinburqa edilən səfərlər bir
neçə gün davam edər və buna görə qonaqlamaya ehtiyac duyulurdu.Xanlar və
tavernalar yalnız yolçular üçün deyil ,atlar üçündə sığnacaq olurdu.Yolçular zənginlər,soylular
kimi xalqın seçilən qismindən olduqlarından lüks seçimlər edirdilər.Bunun nəticəsində
qonaqlama məkanlarında lüks artmağa başladı,həmkinin yolçu arabalarının keyfiyətində da yaxşılaşma oldu.Bu xan və
tavernalar eyni zamanda soylular,siaysətçilər və rahiblər kimi cəmiyyətin seçilən
qisminin toplanma yerləri olmuşdu.Xanların və tavernaların lisenziyalarını da
lordlar verirdi.
1750-1790 illəri arasında başlayan sənaye inqilabı
nəticəsində,texniki inkişaf və dəmiryollarının inşa edilməsi ticarət və səyahətin
önəm qazanmasına bunun nəticəsi olaraq qonaqlama sənayesinin müxtəlif bölgələrə
yayılmasına və inkişaf etməsinə səbəb olmuşdur.Avropadakı qonaqlama sahəsindəki
inkişaf XVIII əsrin sonlarına doğru otel müəssisələrinin başlanğıcı olaraq görülməktədir. “Hotel de Henri IV” 1788-ci ildə Nantesdə inşa edilən o dövr üçün Avropanın ən
yaxşı otelidir.
Amerikada otellərin inkişafı XVI əsrdə İngiltərədəkilər
kimi xanların qurulmasıyla
başlamışdır.İngiltərədəki xanlar yol üstündə tikilsədə,Amerikadakı
xanlar limanlarda tikilmişdir.1607-ci ildə ilk xan Viginiyada açılmış və bunun
ardınca xanlar müxtəlif ərazilərdə açılmağa davam etmişdir.Amerikadakı
qonaqlama sənayesinin İngiltərədəkindən digər bir fərqi və daha sürətli inkişaf
etməsinin səbəbi də xanların sadəcə varlılara deyil hərkəsə açıq olması
idi.İngiltərədə xanların müəyyən bir qismə xitab etməsi qonaqlama sənayesinin
yavaş inkişaf etməsinə səbəb olmuşdur.Həmçinin,Amerikan otellərinin yenilikçi
olmaları və qonaqlara daha yaxşı xidmət etməyin yollarını axtarmaları inkişafda
təsirli olmuşdur. 1794-cü ildə
New York-da açılan “City Hotel” və 1829-cu ildə
Bostonda açılan “Tremont House” müəssisələri Amerikan otelçiliyində
yenilikçiliyin və lüksun təmsilciləri olaraq xidmətə girdilər və bunları qısa
zamanda digərləri izlədi.Amerikada otelcilik sahəsində adi gəzginlərə xidmət edən
otellərin qurulmasında iqtisadiyyatın güclənməsi,ölkənin inkişafı,ticari səyahətlərin
artması,nəqliyyatın asanlaşıb ucuzlaması,səyahət edənlərin və ehtiyaclarının
artması kimi faktorlar təsirli oldu.
1907-ci ildə Elsworth M.Statles tərəfindən “Bufalo
Statler” girişimi iləri sürülmüşdür.Bu insan eyni zamanda modern ticari
otelçilik sənayesinin qurucusu və birdən çox yerə otel açaraq “otel zinciri”
qavramını ortaya atan ilk girişimcidir.
Birinci Dünya Müharibəsi ilə birlikdə hərəkətliliyin
azalmasına rəğmən müharibə sonrası illərdə Amerikanın iqtisadi quruluşunun güclənməsiylə
dövrün ən böyük otelləri inşa edildi.1929-ci ildə sənaye böhranı da otelçilik
sahəsində yeni bir yavaşlama yaşanmasına səbəb oldu.İkinci Dünya Müharibəsi isə
ilkinin əksinə olaraq otelçiliyin inkişafına müsbət mənada təsir
etdi.Yurdlarından qaçan bir çox insanın sığınma ehtiyacını qarşıladı.
Modern otel sənayesinin inkişaf etməsiylə
qonaqların dəyişik zövqlərinə xitab edən dəyişik tiplərdə otellər qurulmasına yönəlmiş və modern memarlığın örnəkləri tətbiq
olunmağa başlanmışdır.İnkişaf səbəbi ilə otellərin quruluş yerlərində də böyük
dəyişikliklər oldu.XX əsrin başlarında yolçular qatar və gəmiylə səyahət etdiklərindən
otellər dəmiryolu vağzalları və limanlarda qurulurdu.Avtomobil və quru yollarındakı
inkişaf səbəbindən otellər daha müxtəlif yerlərə qurulmaya başlandı.Beləcə yeni
otellərin çoxu şəhər kənarında qurulmaya başlandı və motellərə çevrildi.Çünki
motellər quru yolları ilə səyahət edənlərə daha ucuz xidmətlər təqdim edən müəssisələrdir.Motellərin
ilki 1901-ci ildə Arizonada qurulan “Askins Cottage Camp”dır.Təyyarələrin
yayqın nəqliyyat vasitəsi məqsədilə inkişaf etməsiylə isə hava limanı otelləri
qurulmuş və inkişaf etmişdir.
1900-1960 illəri arasında otelçilik sahəsində hər biri müəyyən
ehtiyaclara cavab verən dörd müxtəlif növ ortaya çıxmışdır:
· Ticari və ya müvəqqəti otellər : Səyyar satıcılar və orta sinif turistlərin
ehtiyaclarını qarşılayan müəssisələr
· İqamətgah otelləri : Uzun müddət qalanlara və özəlliklə özlərinə aid
bir evdə qalamaq istəməyən yaşlılara xidmət edən müəssisələr
· Lüks otellər : Çox insanın büdcəsini aşacaq qiymətlər
qarşılığında ,otelçilik xidmətlərində mətbəx və konfort olaraq ən inkişaf etmiş
imkanları təqdim edən və özəlliklə zəngin sinifə xitab edən müəssisələr
· Tətil otelləri : Orta sinifin büdcəsinə uyğun qiymət qarşılığında
konfort,yemək və əyləncə baxımından xidmət verən müəssisələr
Yuxardakı müxtəlif növlərdəki otel müəssisələri
xançılığın sona çatmasına və qonaqlama sahəsində yeni bir dövrün başlanmasına səbəb
olmuşdur.
QAYNAQ : Öğr. Gör. Nihat DEMİRTAŞ,“Otel İşletmeciliği” Ankara Universiteti Uzaqdan Təhsil Yayınları (2010)
QAYNAQ : Öğr. Gör. Nihat DEMİRTAŞ,“Otel İşletmeciliği” Ankara Universiteti Uzaqdan Təhsil Yayınları (2010)
xan sözün nə ilə əvəz edə bilərik
YanıtlaSil