Avropa Səyahət Komissiyası (European Travel
Commission (ETC)) 1948-ci ildə Norveçdə yaradılıb. ETC'nin qurulduğu gündən 60
il keçdikdən sonra ETC'nin əsas vəzifəsi dəyişməz olaraq qalır: Avropanın
turistik bölgə kimi beynəlxalq təşviqi.
Avropa Səyahət Komissiyası (ETC) üçüncü bazarlarda
Avropanı turistik bir yer olaraq təqdim edən qeyri-kommersiya təşkilatıdır.
Quruma üzv olan 32 Milli Turizm Təşkilatları ilə ən yaxşı təcrübələri, bazar zəkası
və təşviqi paylaşma sahələrində əməkdaşlıq etməklə Avropanın hər bir gözəl və
müxtəlif ölkəsində turizmin dəyərini artırmağa çalışmaqdadır.
Avropa
Səyahət Komissiyasının əsas məqsədi aşağıdakılardır:
·
Avropanı
cazibədar bir turizm mərkəzi kimi təşviq etmək.
·
İnformasiya
mübadiləsi və birgə işləmək üçün üzv Milli Turizm Təşkilatlarına kömək edir.
·
Avropaya
gələn sənaye tərəfdaşları və digər maraqlı tərəfləri turizmə aid məsələlər və
statistikayla asanlıqla təmin edir.
Avropa
Səyahət Komissiyası (ETC) 60 ildir Avropanı beynəlxalq səviyyədə tanıtdır və
hazırda aşağıdakı fəaliyyətləri həyata keçirir:
v
İctimaiyyətlə
əlaqələr
v
Seçilmiş
xaric bazarlarda istehlakçı reklamı
v
Ticarət
Təqdimatları
v
Bazar
araşdırması(marketing)
v
Üzvlərin
peşəkar inkişafı üçün seminarlar, məlumat mübadiləsinin aparılmasını həyata
keçirmək
v
Digər
müvafiq qurumlar (məsələn, Avropa Komissiyasının Turizm Birliyi (DG
Enterprise), Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (UNWTO) və
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)) ilə əməkdaşlıq
Bu fəaliyyətlər əvvəlcədən razılaşdırılmış
meyarlara əsasən hesablanmış üzvlərin qatqıları və üzvülük haqları ilə maliyyələşdirilir. Sektor tərəfdaşları tərəfindən qaynaq bazarlarında xüsusi kampaniyalar üçün əlavə
maliyyə dəstəyi yaradılır.
QAYNAQ : Avropa Səyahət
Komissiyası (European Travel Commission) saytı
(http://www.etc-corporate.org/)
Hiç yorum yok:
Yorum Gönder