OECD Turizm Komitəsi



1948-ci ildən etibarən OECD Turizm Komitəsi daxili və xarici turizmin inkişafına təsir edən siyasət və struktur dəyişikliklərini təhlil edir və izləyir.
Komitə siyasətçiləri  gələcək illərdə turizmi formalaşdıracaq əsas problemlər və siyasət reaksiyalarının konkret təhlili ilə təmin edir. Komitə turizmi  iqtisadiyyat, investisiya, nəqliyyat, ticarət, inklüziv böyümə, məşğulluq, yenilik, yaşıl inkişaf, yerli inkişaf, kiçik və orta böyüklükdəki müəssisələr və sahibkarlıq fəaliyyətlərinin inkişafı kimi siyasətlərlə bir-birinə bağlanan inteqrasiya edilmiş, bütöv bir hökumət yanaşmasını fəal şəkildə təbliğ edir. Komitə həmçinin turizm siyasətinin icmalı ilə turizm siyasətinin icrası və qiymətləndirilməsi işini dəstəkləyir.


Komitə, tərəfdaş ölkələrlə sıx əməkdaşlıq edərək və özəl sektorla əlaqəsini dərinləşdirərək öz qlobal imkanlarını genişləndirir. Məqsəd, bilik və yaxşı təcrübələri daha effektiv şəkildə bölüşdürmək və turizm haqqında qlobal müzakirələrin formalaşdırılmasına kömək etməkdir. Komitə Avropa Komissiyası ilə stratejik tərəfdaşlığa malikdir və Dünya Turizm Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Beynəlxalq Əmək Bürosu və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı kimi digər təşkilatlarla uzun ömürlü əməkdaşlıq tarixinə malikdir.

Turizm Komitəsi həmçinin Eurostat-la (Avropa Birliyi Statistika Ofisi) əməkdaşlıq edərək turizm statistikası üzərinə qlobal bir forum təşkil edir. Bu forum 1994-dən bəri, turizm statistikalarının inkişafı və bunların siyasi fəaliyyət və təşəbbüslər üçün istifadəsi haqqında fikir və təcrübə mübadiləsinə dair bənzərsiz çərçivə təqdim edir.
OECD Avropa Komissiyası ilə əməkdaşlıq etməklə hazırlanmış turizm siyasəti və meylləri ilə bağlı nəşrlərə malikdir. Bu nəşrlər, turizmdəki təməl inkişaflar ilə sektordakı prioritetli mövzulara işıq tutmağı, OECD bölgəsindəki və xaricindəki turizm meyllərini şərh məqsədi daşımaqdadır.

OECD Turizm Komitəsi ildə iki dəfə toplanır. 2017-ci ilin oktyabr ayında Parisdə simvolik dəyərindən ötəri üst səviyyə bir toplantı şəklində təşkil edilən və Yunanıstan Turizm naziri Elena Kountoura'nın başçılığını boynuna götürdüyü
100.OECD Turizm Komitəsi İclasına Türkiyə də daxil ümumi 8 üzv və / və ya partner ölkədən nazir səviyyəsində, 6 ölkədən nazir köməkçisi və məsləhətçisi qatılmışdır.


QAYNAQ : 1) OCED rəsmi saytı (http://www.oecd.org)
                    2) http://disiliskiler.kulturturizm.gov.tr
                    



Hiç yorum yok:

Yorum Gönder

Dünya turizmində turizm regionlarının bugünkü(2010) və gələcəkdəki(2030) bazar payları

Dünya turizmində turizm regionlarının bugünkü (2010) və gələcəkdəki (2030) bazar payları (%-lə)